Bu site, çerezleri toplamaq olacaq. Bu 'düyməsinə tıklayarak, siz şərtləri və istifadə şərtləri qəbul olunur.
sayta keçin
Siz şərtləri qəbul
Havoline Tarixçəsi

 

İlk başladığımız 1904-cü ildən bəri Havoline anlayır ki, maşını qorumaq ailəni, səyahətləri, işə gedib-gəlmələri və sevdiklərinizi qorumaq deməkdir, çünki bütün bunlar həyatda çox önəmlidir.

Bu səbəbdən biz hər zaman hər bir mühərrik yağı, transmissiya mayesi, soyuducu maye və hazırladığımız digər məhsullarda tüxnoloji cəhətdən ən qabaqcıl mühafizəni təmin etməyə çalışmışıq. Və bu prosesdə biz sözün həqiqi mənasında dünyada idarəetmə üsulunu dəyişmişik.

Havoline ilk dəfə istehsal olunan 1904-cü ildə maşınınız olsaydı, çox güman ki, o, bütün qışı qarajda durardı, çünki soyuq hava mühərrik yağınının donmasına və qalınlaşmasına səbəb olardı. Havoline mühəndisləri mühərrik yağının donmasının qarşısını alan xüsusi filtrasiya prosesini kəşf edərək bu problemin öhdəsindən gəldi.

Təmizləyicilərlə bərabər əlavə maddə texnologiyası da inkişaf etdi. 1946-cı ildə Havoline ilk dəfə korroziyanın qarşısını alan, yuyucu və yayıcı təsiri olan, həm aşağı, həm də yüksək temperaturda piston halqasının köhnəlməsini azaldan və mühərriki paslanmadan qoruyan qabaqcıl əlavələrlə təmin edilmiş "Yeni və Təkmilləşdirilmiş Havoline Mühərrik Yağını" istehsal edir.

Havoline mühərrik yağları həmişə mükəmməl göstəricilərlə əlaqələnmişdir və bu günki Havoline məhsulları heç nə ilə fərqlənmir. Qalıqlardan Mühafizə Texnologiyası ilə Havoline mühərrik yağları mühərrikinizin xassələri və maşınınıza sərf edilən sərmayəni qorumağa kömək etmək.