Sintetik yağlar adətən ənənəvi, mineral əsaslı yağlardan daha bahalı olur və bir çox insanlar həqiqətən onlara ehtiyac olduğunu bilmək istəyir. Maşınınız üçün istehsalçının tövsiyəsinə əsasən sintetik mühərrik yağı tələb edilərsə, həqiqətən sintetik yağdan istifadə etdiyinizdən əmin olun, sintetik yağlar maşın istehsalçısının tələb etdiyi düzgün xassələrə nail olmaq üçün istifadə edilir və çox zaman buna mineral yağlarla nail olmaq olmur. Mühərrikinizi ən yaxşı şəkildə qorumaq üçün istehsalçının təsdiq etdiyi mühərrik yağından istifadə edin. Sintetik və ya mineral yağ kimi seçimləriniz varsa və hər iki istehsalçı tərəfindən təsdiq edilmişdirsə, bu zaman məlumatınız olsun ki, sintetik yağlar ekstremal temperaturlarda mühərriki daha yaxşı qoruyur... yenə də seçim sizindir.
Maşınınızı texniki-xidməyə aparmağı planlaşdıran zaman Texaco Havoline məhsulundan istifadə edilməsini istəyin. Mexanikinizdə bu məhsul yoxdursa, mağaza axtarıcı ilə tapdığınız yaxın mağazadan bu məhsulu əldə edə bilərsiniz.
Siz bu vebsaytda Məhsul Seçicidən istifadə edə və ya Havoline Yağları üzrə Tövsiyə Proqramını yükləyə və ya maşının təlimatında hansı yağın ən uyğun olduğunu tapa bilərsiniz.
Yavaş-yavaş və rahat sürəti artırın. Qəflətən işəsalmalara yol verməyin.Mümkün qədər qısa zamanda daha yüksək sürətə keçin.
Adi səslənsə də, sürətə diqqət etmək yaxşı qaydadır. 80 km/hr artıq və xüsusilə 100 km/hr artıq sürətlə hərəkət etmək yaha çox yanacaq sərf edir və daha çox çirklənməyə səbəb olur.
Mühərrikin uzun müddət boş vəziyyətdə qalmasına yol verməyin. Uzun müddət gözləməli olsanız, mühərriki söndürüb daha sonra yenidən yandırmaq daha yaxşı olar.
Təkərlərinizi hər zaman lazımi təzyiqdə saxlayın. Təkərlərdə təzyiqin azalması onun tez korlanmasına və yanacaq sərfiyyatına səbəb olur.
Mümkün olduqda pəncərələri bağlı saxlamaqma maşının dartım gücünü azaldın və lyuk, qapılan və baqajın tam bağlandığından əmin olun.
Yüksək əyləcləmənin qarşısını almaq və yanacağa qənaət etmək üçün döngələrdə sürəti azaldın və yavaş-yavaş artırın.